Narkobaronlar texnologiyadan maksimum yararlanır – “Ona görə də ələ keçmələri çətin olur”

Narkobaronlar texnologiyadan maksimum yararlanır – “Ona görə də ələ keçmələri çətin olur”
"Texnologiyanın inkişafı bir sıra sahələrə müsbət təsir etsə də, bəzilərinə ziyan vurub. Eləcə də, texnoloji tərəqqinin cinayətkarların fəaliyyətinə yardımını da danmaq olmaz”.

Bunu Sfera.az-a açıqlamasında keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev son günlər artan onlayn narkotik alış-verişindən danışarkən deyib.
O bildirib ki, narkotik satışı əvvəlcə Avropada, daha sonra Rusiyada yayılmağa başlayıb və oradan da Azərbaycana keçid edib:

"Kriminal aləm başsız deyil. Narkotikləri dövriyyəyə buraxan, bir ölkədən digərinə keçirən narkobaranlar, onlara qulluq edən texnoloqlar, həmçinin texnologiyanı yaxşı bilən alimlər var. Yəni, hüquq mühafizə orqanları  ilə cinayətkarların inkişafı paralel surətdə gedir. Bu baxımdan "onlayn narkotiklə bağlı məsələlərin qarşısı alınmır”, demək də olmaz. Lakin qarşı tərəfin də manevrlərini nəzərə almaq lazımdır. Bir üsul ifşa olunandan sonra cinayətkarlar digərinə keçid edirlər. Mübarizələrin getməsinə baxmayaraq, narkotik satanların, istifadəçilərinin sayı ya artır ya da azalır – rəqəmlər dəyişir”.

Müsahibimiz qeyd edib ki, narkotik istifadəçilərinin tutulması, izlənməsi, nəzarət altına alınması bu cür halların qarşısını ala bilməz:
 
"Sivil ölkələrdə istifadəçilərə qarşı cinayət işi qaldırmırlar. Onlar dövlət səviyyəsində nəzarətə götürülür, xəstə insan kimi qeydiyyata alınırlar. Yüksək təbəqəli hüquqi demokratik ölkələrdə tibbi təcridxanalar fəaliyyət göstərir. Həmin şəxslər ətraf mühitdən, ailələrindən, yaxınlarından müəyyən qədər təcrid olunur, məhkəmə qərarı ilə məcburi müalicəyə cəlb edilirlər. Əsas narkotiki satanlardır, onları tutmaq lazımdır.
 
Bəziləri tutulsa da, bəziləri yüksək səviyyədə himayə olunurlar. Bir də görürsən, hansısa dövlət məmurları da narkosindikatlarla əlbir olur, onalara şərait yaradırlar. Çünki ortada milyardlarla dollardan söhbət gedir. Bunların ifşası daha önəmlidir. İstifadəçi isə sadəcə bədbəxtdir, müalicəyə cəlb olunmalı xəstədir. Amma narkotiki satan, yayan, gətirən cinayətkardır. Ona görə də hüquq mühafizə orqanları kökünü aşkarlamağa çalışır. Yoxsa 5 nəfər narkotik istifadəçisini tutanda nəsə olmur. Son zamanlar da onlayn sistemlə yayılır deyə, istifadəçi heç narkotik satanı da tanımır - müəyyən olunmuş nöqtəyə gedir, pulunu verib malı alır. Texnologiyanın inkişafı dediyim kimi cinayətkarlara kömək edir”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...