"Sərt cavab verəcəyik" - Lavrov Rusiyaya təzyiqin mümkün nəticələrini xatırlatdı

12:41 / 06.07.2021
1646
Vaşinqton "dostcasına davranmamağa" qərar
verərsə, Moskvanın cavabı sərt olacaq. Bundan əlavə, yalnız müəyyən
"güc" arqumentlərinə arxalanaraq Rusiya ilə dialoq aparmağa çalışmaq əvvəlcədən
uğursuzluğa məhkum olunmuş taktikadır.
Nazir qeyd edib ki, Cenevrədəki görüşdən dərhal
sonra Rusiyaya yenidən "moizə"
oxumağa başlaylblar, özü də əvvəlkindən daha fəal.
"Rusiya lideri ictimaiyyət qarşısında açıq şəkildə bəyan eydi ki, bütün istiqamətlərdə
müsbət nəticə əldə etməyin yeganə yolu yalnız tamamilə bərabər əsasda
qarşılıqlı məqbul maraqlar balansının tapılmasıdır. Tərəflər arasındakı görüşdə
bununla bağlı heç bir etiraz ifadə olunmadı", - deyə Lavrov xatırladıb.
"Bizimlə güc mövqeyindən dialoq aparmaq cəhdləri əvvəlcə uğursuzluğa məhkumdur: maraqlarımıza zidd hərəkətlərə sərt və qətiyyətlə cavab verəcəyik",- deyə Lavrov fikrini yekunlaşdırıb.
Selcan
Sfera.az