Avropa İttifaqı Ermənistana 1.5 milyard dollar ayırdı? – Politoloq Qərbin maraqlarını şərh edir

11:44 / 06.07.2021
1553
"Avropa İttifaqının Şərq tərəfdaşlığı üzrə Ermənistana
1. 5 miyard dollar ayırması, bu ölkənin Rusiyanın təsir dairəsindən çıxmasına
hesablanıb”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd
Əsədullazadə deyib. O bildirib ki, bu vəsait Ermənistana anti-Rusiya
isteriyasının davam etməsinə və bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı,
Avrasiya İttifaqından çıxmasına zəmin yaradılması üçündür:
"Əgər Qarabağ klanı hakmiyyətə gəlsəydi, bu vəsait
ayrılmayacaqdı. Bundan sonra Ermənistanda Avropa İttifaqı Rusiyanın nəzarətində
olan müəssisələrin geri alınması siyasəti üçün Yerevana dəstək verəcək. Nikol
Paşinyan orduda Rusiyaya yaxın generalları uzaqlaşdırır. Proses bütün sferalarda
davam etməklə, iqtisadiyyatda da Moskvaya qarşı mövqe ortaya qoyulacaq”.
Qeyd edək ki,
Avropa Birliyi (AB), 5 il ərzində Sünik bölgəsinin inkişafı da daxil
olmaqla Ermənistana 1,5 milyard avrodan çox pul ayıracaq. Bu vəsait ölkə üzrə 5
layihəyə xərclənəcək. Sənəd iyulun 2-də Brüsseldə təqdim edilib və AB 2025-ci
ilə qədər Şərq Tərəfdaşlığına üzv ölkələrdə həyata keçirmək istədiyi təşəbbüsləri
açıqlayıb. Ermənistanla yanaşı Şərq Tərəfdaşlığında iştirak edən digər ölkələr
- Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna üçün də oxşar proqramlar müəyyənləşdirib.