Bu istiqamətdə tədbirlər davam edəcək - Ərdoğan

Bu istiqamətdə tədbirlər davam edəcək - Ərdoğan
Türkiyədə yeni növ koronavirus (COVİD-19) pandemiyasına qarşı kütləvi peyvəndləmə, sosial məsafə saxlama, maska taxma və təmizlik qaydalarına əməl etməklə tədbirlər davam edəcək. Peyvənd olun, özünüzü və sevdiklərinizi qoruyun.

Sfera.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.

Türkiyənin ictimai-siyasi həyatında baş verən hadisələrə münasibət bildirən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan müqəddəs Qurban bayramı münasibətilə hökumətin qərara aldığı sosial tədbirlər barədə ictimaiyyətə geniş məlumat verib.

OXŞAR XƏBƏRLƏR