Palçıq vulkanları necə əmələ gəlir? - AÇIQLAMA

Palçıq vulkanları necə əmələ gəlir? - AÇIQLAMA
Televiziyada partlayışa dair videoları görəndə bildim ki, bu, ancaq palçıq vulkanı ola bilər. Çünki həmin ərazidə qazıntı işləri o qədər də aparılmır.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, Xəzər dənizi, Abşeron yarımadası, Qobustan, ümumilikdə Azərbaycan ərazisi üçün palçıq vulkanlarının püskürməsi normal haldır:

"Çünki cənub-şərqi Qafqaz palçıq vulkanlarının məskəni sayılır. Dünyanın digər yerlərində də palçıq vulkanları var. Bunlar əsasən neft-qaz yataqlarının indiqatorlarıdır. Azərbaycanda palçıq vulkanları əsasən Qobustan-Abşeron, cənub-şərqi Şirvan, bir də Xəzərin şelf, yəni sahil zonalarında yerləşir. Azərbaycanda ən hündür palçıq vulkanı "Torağay"dır. Qobustan rayonu ərazisində yerləşir. Bundan başqa, "Axtarma-Paşalı", "Lökbatan", "Boz Qobu", "Çeyldağ", "Qoturdağ", "Bozdağ" kimi məşhur palçıq vulkanlarımız da var. Azərbaycanda palçıq vulkanları təxminən 4-6 kilometr dərinlikdə yerləşir".

Ə.Əliyev palçıq vulkanlarının püskürməsinin səbəblərini də açıqlayıb:

"Yerin müəyyən qatında metan qazı yığılır, bəzi sahələrdə isə sulu qatla təmasa keçir və təzyiq nəticəsində bu qaz partlayışa səbəb olur. Nəticədə böyük qaz axını ilk anda alışır, əmələ gəlmiş qıfda palçıq ətrafa yayılmağa başlayır. Abşeron ərazisində konusvari çox sayda belə vulkan görmək olar. Ən vacibi odur ki, Xəzər dənizindəki adaların əmələ gəlməsində bu vulkanların rolu var. Bəzən palçıq vulkanları püskürəndə alovun hündürlüyü 500 metrə qədər qalxa bilir. Bu zaman orada 100-1200 dərəcəyə qədər istilik yaranır. Sonra da təbii ki, ətrafa ağır fraksiyalı gil yayılmağa başlayır".
 
(Trend)
 

OXŞAR XƏBƏRLƏR

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barəd...

Təyyarə qəzası: Baş prokuror mühüm məlumatı açıqladı

Hadisə (AZAL-ın təyyarəsinin qəzaya uğraması) baş verən kimi Azərbaycanın prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət iş...

Yay fəslində istehlakçı hüquqları daha çox pozulur

Yay aylarında məhsul və xidmətlərə olan tələbatın artması fonunda istehlakçı hüquqlarının pozulması hallarında da ciddi artım müşahidə olunur. Ən çox pozuntular...

Xalq artisti Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə sevənlərinin qarşısısına çıxıb.   Sfera.az xəbər verir ki, pop ulduz ticarət mərkəzlərinin birində solo k...

Ceyhun Bayramov Gürcüstanda Heydər Əliyev parkını ziyarət etdi

Gürcüstanda səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Tbilisidə ümummilli lider Heydər Əliyev adına parkı ziyarət ediblər.   ...

I və IV qruplarının nəticələri BU TARİXƏDƏK açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftə -17 iyul tarixində...