Almaniyada azərbaycanlını öldürüb qaçan şəxsin axtarışlarına helikopter cəlb olundu

Almaniyada azərbaycanlını öldürüb qaçan şəxsin axtarışlarına helikopter cəlb olundu
Almaniyanın Qreven şəhər Prokurorluğu ötən gün yaşadığı qaçqın yataqxanasında 35 yaşlı Azərbaycan Respublikası vətəndaşının öldürülməsi işi üzrə cinayət işi ilə bağlı məlumat yayıb.

Qeyd edilir ki, qətlə yetirilən 35 yaşlı Elmir Fərzəliyevlə, qətldə şübhəli bilinən 25 yaşlı Əfqanıstan vətəndaşı eyni yataqxanada yaşayıblar. İyulun 4-də tərəflər arasında yaranan mübahisə çox keçmədən davaya çevrilib. Əfqanıstan vətəndaşı cibində gəzdirdiyi bıçaqla E.Fərzəliyevin müxtəlif bədən nayihələrinə zərbələr endirməyə başlayıb. Hadisə yerindən qaçan şəxsi saxlamağa çalışan 43 yaşlı Almaniya vətəndaşı da ağır yaralanıb.

Hadisə yerinə polis və prokurorluğun əməkdaşları gəldikdən sonra qaçan şəxsin axtarışı elan edilib. Qreven polisi axtarış əməliyyatına avtomobil və motosikletli 30-a yaxın şəxsi heyəti və 1 helikopteri cəlb edib. Nəticədə qaçan şəxs tezliklə tapılaraq, istintaqa təhvil verilib.

Qreven prokurorluğundan bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin narkotik maddənin təsiri altında olması araşdırılır.

Məlumatda həmçinin qeyd olunur ki, Əfqanıstan vətəndaşı 2015-ci ildə Almaniyaya gələrək sığınacaq istəyib. O, 2018-ci ildən indiyə kimi Azərbaycan vətəndaşı ilə eyni yataqxanada yaşayırmış. // "Report"


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...