“Patı”, “şüşə” və metamfetamin mafiyası – Onları aşkara çıxarmaq niyə mümkün olmur?

“Patı”, “şüşə” və metamfetamin mafiyası – Onları aşkara çıxarmaq niyə mümkün olmur?
"Son günlər "patı”, "şüşə”, metamfetamin kimi narkotik terminləri tez-tez eşidirik. Mütəxəssislər süni narkotiklə bağlı həyəcan təbili çalır. Ölkədə bu narkotiklərdən istifadəçilərin sayı isə durmadan artır”.

Sfera.az bildirir ki, bunu tanınmış pediatr Vaqif Qarayev deyib.  O bildirib ki, yeniyetmələrin bu şəbəkəyə cəlb olunması daha pisdir: "”Patı”nın məktəblərdə istifadəsi başlanılsa, durumu təsəvvür edə bilirsiniz? Belə fikir var ki, süni narkotik ölkənin daxilində istehsal olunur. Düşünürəm ki, bu istehsal şəbəkəsini aşkar etmək hüquq-mühafizə orqanları üçün çətin olmamalıdır. Bu günə qədər qarşısı alınmayıbsa, deməli, kimlərsə bu "ölüm istehsalçıları"nı” himayə edir”.
 
Mütəxəssis uşaqların qorunması baxımından hər kəsi ayıq-sayıq olmağa səsləyib:

"Şübhə yarandığı halda, dərhal müvafiq qurumları məlumatlandırmalıyıq. Narkomana kriminal ünsür kimi yox, xəstə kimi yanaşsaq, yaxşıdır. Onların doğmalarına dəstək olub, bu bəladan xilas olunmasına çalışmalıyıq.  Bütövlükdə isə vəziyyət pisdir”.

Günay
 

OXŞAR XƏBƏRLƏR