Qəbul imtahanlarının saatı dəyişdirildi

Qəbul imtahanlarının saatı dəyişdirildi

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.

DİM-dən Sfera.az-a verilən məlumata görə, imtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. DİM tərəfindən keçirilən qəbul imtahanları (o cümlədən iyulun 10-da keçiriləcək SABAH qruplarına qəbul imtahanı) isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. Abituriyentlər nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar (əvvəllər saat 11:00-da başlayırdı - "Report").

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasında olmalıdırlar. "İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilir.

Abituriyentlərə özləri ilə şəffaf plastik qabda qazsız su da gətirmələri tövsiyə olunur.


OXŞAR XƏBƏRLƏR

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...

Tanınmış reperin meyiti tapıldı - FOTO

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xatarı ölü tapılıb.    Milli.Az xəbər verir ki, bu barədə "Bild&q...