“Nə qədər ki, harınlamış məmurlar var...” – Kamil Zeynallıdan intiharlara REAKSİYA

“Nə qədər ki, harınlamış məmurlar var...” – Kamil Zeynallıdan intiharlara REAKSİYA
"Hələ belə söhbətləri çox eşidəcəyik”.

 

Sfera.az bildirir ki, bunu tanınmış fitnes məşqçisi Kamil Zeynallı qazinin intiharına münasibət bildirərkən deyib.

 

O, baş verənləri birbaşa məmurlarla əlaqələndirib. "Nə qədər ki, harınlamış məmurlar var, hələ çox intiharlar eşidəcəyik”, - deyə Zeynallı əlavə edib.

 

Məşqçi həmçinin qeyd edib ki, rayonlarda, Bakıda qaziləri adam yerinə qoyan yoxdu: "Deyirlər, "Bizə görə vuruşmamısan ki... Get, işinlə məşğul ol”.

 

Xatırladaq ki, ötən gün Cəlilabadda Vətən müharibəsi iştirakçısı Bəhman Abbaslı intihar edib.

 

Türkan

Sfera.az


OXŞAR XƏBƏRLƏR