Azərbaycan qeyri-neft mallarının ixracını 27,1 % artırıb

Azərbaycan qeyri-neft mallarının ixracını 27,1 % artırıb
2021-ci il yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 162 milyon 400 min dollar olub.
 
Sfera.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın məlumatına istinadən xəbər verir ki, bu ilin birinci yarısında qeyri-neft məhsullarının ixrac dəyəri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz artıb.

Bu il şəkər ixracı 2,5 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2,4 dəfə, pambıq ipliyinin ixracı 2,4 dəfə, pambıq lifi ixracı 2,1 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 49 faiz artıb.
 
Vasif
 
 

OXŞAR XƏBƏRLƏR