Türk malları bahalaşır – Hansı məhsullar, nə qədər?

Türk malları bahalaşır – Hansı məhsullar, nə qədər?
Türkiyənin statistika təşkilatının iyun ayına dair açıqladığı məlumatlardan aydın olur ki, ötən ay istehlak və istehsalçı qiymət indekslərində yeni rekord yüksəlişlər qeydə alınıb.
 
Sfera.az "Bloomberg” saytına istinadən xəbər verir ki, Türkiyədə bahalaşma son 2 ilin ən yüksək səviyyəsinə çatıb. İyunda illik müqayisədə qiymətlər 17,53 faiz, istehsalçı qiymət indeksi (maya dəyəri) isə 42,89 faiz artıb.

Türkiyədə mal və xidmət arasında ən yüksək bahalaşma nəqliyyat və çatdırılma xidmətlərində (26,29 faiz), ev əşyalarında (25,69 faiz) və qida sektorunda (20 faiz) baş verib.
 
Ən kiçik qiymət artımları isə spirtli içkilər və tütün məmulatlarında (2 faiz), geyim və ayaqqabıda (7 faiz), təhsildə (10,86 faiz) olub.
Türkiyədə istehlak səbətinə daxil edilən 415 mal və xidmətdən 306-da bahalaşma qeydə alınıb.
 
Vasif
 
 
  
 

OXŞAR XƏBƏRLƏR