Mina xəritələrinin əldə edilməsi Azərbaycana bu üstünlükləri qazandırır - Açıqlama

Mina xəritələrinin əldə edilməsi Azərbaycana bu üstünlükləri qazandırır - Açıqlama
"Xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə aparılmasına şərait yaradacaq”.

Sfera.az bildirir ki, bunu deputat Ceyhun Məmmədovermənilər tərəfindən Füzuli və Zəngilan rayonlarında basdırılan təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələrin Azərbaycana verilməsi ilə bağlı danışarkən deyib.
 
Millət vəkili qeyd edib ki, artıq bölgədə ciddi quruculuq işlərinə başlanılıb və qısa müddətdə bu ərazilərdə həyat öz axarına qayıdacaq:

"Eyni zamanda, minaların xəritəsinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azaldılmasına gətirib çıxaracaq. Burada ən vacib məsələlərdən biri də xəritələrin əldə edilməsinin insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynamasıdır. Son bir neçə ayda 100-dən çox Azərbaycan vətəndaşı bu minaların qurbanına çevrilib. Çoxlu sayda insan dünyasını dəyişib. Ermənistan bir müddət bundan əvvəl 15 əsir qarşılığında Ağdamın xəritəsini Azərbaycana vermişdi. Füzuli və Zəngilanda  92 min mina xəritələrinin əldə olunması həmin uğurun davamı hesab olunmalıdır.
 
Hazırda Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzuli rayonunda həyata keçirilir. Burada yeni hava limanı, dəmir yol xətləri və avtomobil yolları inşa olunur. Bu baxımdan Füzuli xüsusi strateji əhəmiyyət  kəsb edir.  Xəritələrin əldə olunması bu layihələrin daha tez zamanda icra olunmasına öz ciddi töhfəsini verəcək”.

Deputat Vüqar Bayramov qeyd edib ki, mina xəritələrinin təqdim olunması məskunlaşma prosesinin proqnozlaşdırıldığından daha qısa müddətə rellaşmasına səbəb ola bilər:

"Belə ki, hazırda bərpa və yenidən qurma işləri üçün ən ciddi əngəllərdən biri məhz həmin ərazilərimizdə işğal dövründə ermənilər tərəfindən kifayət qədər çoxlu sayda minaların basıdırlmasıdır. Xəritələrin təqdim edilməsi minadan təmizləmə müddətini qısaltmaqla infrastruktur işlərini sürətləndirəcək. Füzuli rayonunun işğaldan azad olunan ərazilərində hazırda Beynəxalq Hava Limanının tikintisi daxil olmaqla, regional əhəmiyyət daşıyan infrastruktur işləri həyata keçirilir. İnfrastrukturun formalaşmasından sonra inzibati, sosial və yaşayış binalarının inşası üçün ərazinin minalardan təmizlənməsi çox vacibdir”.
Digər millət vəkili Bəhruz Məhərrəmov isə deyib ki, minalara dair xəritələri təqdim etməsi hər şeydən öncə Azərbaycan diplomatiyasının qələbəsidir:
 
"Ağdam, Füzuli və Zəngilan rayonlarında minalara dair xəritələrin təqdim edilməsi həmçinin, başqa bir reallığı da ortaya çıxarır.  Məlumdur ki, Ağdam istiqamətində xəritələrin verilməsinə qədər İrəvan onlarda belə bir xəritələrin olmadığını iddia edirdi. Lakin, 3 istiqamətdə 200 minədək minanı əhatələyən xəritələrin verilməsi Ermənistan hakimiyyətinin saxtakarlığını və 8 aydır ki, dünya ictimaiyyətini aldatdığını ortaya çıxardı. Bu isə o deməkdir ki, rəsmi İrəvan artıq onlarda minalanmış ərazilərin xəritələrinin olmadığı kimi absurd iddia irəli sürə bilməyəcək və yaxın dövrlərdə ermənilər Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdərə, Xocavənd və Xocalı istiqamətlərində də xəritələri verməyə məhkumdur”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR