“Şuşaya həbsxana yaraşmır, köçürülsün” – Deputatdan təklif

“Şuşaya həbsxana yaraşmır, köçürülsün” – Deputatdan təklif
"Bu gün Şuşa həbsxanasının videogörüntüləri yayılıb. Həbsxana çar dövündən fəaliyyət göstərir. Amma hesab edirəm ki, mədəniyyət paytaxtımızda həbsxana olmamalıdır”.

Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki,  həyat varsa, cinayətlər və onun cəzasını çəkənlər də olmalıdır.

"Ancaq həbsxananın yeni Şuşadan köçürülməsi düzgün olardı. Bu məsələ üçün başqa bir regionda müasir tələblərə uyğun müəssisə inşa etmək olar. Şuşa isə özünün tarixi, mədəniyyət inciləri və müasir bu günü ilə tanınmalıdır”, - deyə millət vəkili bildirib.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR