“Qurman” restoranında ustanı cərəyan vurdu, öldü

Kriminal
12:10 / 05.07.2021
1374
Bakıda "Qurman” restoranında təmir işləri zamanı bir nəfər vəfat edib.
Səbail rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, iyulun 3-ü saat 15 radələrində rayon sakini Hüseyn Mirzəyev elektrik cərəyanı vurması nəticəsində ölüb.
Müəyyən edilib ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən "Qurman” restoranında optik kabel xəttində yaranmış nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.