Məşhur cütlük yenidən bir arada - FOTO

11:56 / 05.07.2021
1878
Məşhur türkiyəli müğənni Mehmet Ərdəm sevgilisi ilə barışıb.
Sfera.az bildirir ki, ifaçı ötən il 3 ay münasibətdə olduğu aktrisa Vildan Atasevərlə yenidən bir araya gəlib. Belə ki, cütlük Bodrumda istirahət edərkən görüntülənib. Uzun müddətdən sonra onların eyni kadrda olması izləyicilərini də sevindirib.
Xatırladaq ki, cütlük ötən il oktyabr ayında münasibətə başlasa da, səssiz-sədasız ayrılmışdılar.
Türkan
Sfera.az