Azərbaycanın təbliğatı üçün Cənubi Amerika ölkələrində hansı işlər görülür?

Azərbaycanın təbliğatı üçün Cənubi Amerika ölkələrində hansı işlər görülür?
"Biz ispandilli ölkələrlə işlər aparırıq. Bu, sırf İspaniya və Latın Amerika qitəsidir. Onlarla həm televiziya, həm radio, eyni zamanda müxtəlif xəbər portalları ilə əməkdaşlığımız zamanı ispan dilində çıxışlar etməyə çalışırıq”.

Sfera.az bildirir ki, bunu Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir QurbanovARB24 telekanalının "Gündəm” verilişində çıxışı zamanı deyib. O, Azərbaycanın təbliğatı üçün Cənubi Amerika ölkələrində görülən işlərdən söz açıb:

"Hər həftə müxtəlif ölkələrdə Azərbaycanla bağlı proqramlarımız var. Ermənilər artıq illərlə bu işləri aparırdılar, buna baxmayaraq, biz müharibədə və hazırda diplomatiyada gücümüzü göstərmişik. Məsələn, bu yaxınlarda – 21-24 iyun tarixlərində Venesuelada böyük bir konqres keçirmişdik – Dünya Xalqlarının 200 illik Konqresi. Orada 120 ölkə təmsilçisi iştirak edirdi və Qafqaz bölgəsindən isə təkcə Azərbaycan var idi.  Biz orada müxtəlif kütləvi informasiya vasitələrində çıxışlar etdik, Qarabağla bağlı öz sözümüzü deyə bildik.  Latın Amerikada erməni diasporu olsa da, biz də geridə qalmırıq. Əsas prioritet KİV-lə sıx əməkdaşlıq aparmaqdır”.

M.Qurbanov həmçinin qeyd edib ki, lobbiçilik məktəbi yaradılmalı və daha da gücləndirilməlidir: "ABŞ-da , Los Ancelesdə erməni lobbisi güclüdür, orda onların radioları, televiziyaları var və.s. Amma biz Los Ancelesdə müxtəlif kanallarla əməkdaşlıq edərək öz fikirlərimizi düzgün formalaşdırıb izah edə bilsək, yavaş-yavaş addımlayaraq bu istiqamətə gələ bilərik”.
 
İnci
 

OXŞAR XƏBƏRLƏR