“Maşın qarajına milyonlar xərcləyir” – Sabunçu rayon icra başçısının bahalı kolleksiyası + FOTOLAR

11:06 / 05.07.2021
4238
Bloger Mehman Hüseynov Sabunçu rayon İcra
başçısı Adil Vəliyevlə bağlı araşdırma aparıb.
Sfera.az-ın məlumatına görə, o, icra başçısı və onun ailə üzvlərinə məxsus
olan avtomobillərin fotolarını təqdim edib.
"Adil Vəliyev 2012-ci ildən icra başçısıdır. 9
il ərzində icra başçısı ola-ola milyonlar oğurlayıb, ailə üzvlərinə dəbdəbəli həyat
qurub”, - deyə M.Hüseynov bildirib.

Belə ki, blogerin araşdırmasına görə, Sabunçu
rayon icra başçısı Adil Vəliyevə məxsus olan maşınlar:
- Xidməti maşın "AUDİ A8” (10-AA-818)
- Şəxsi maşını "Porsche Panamera Turbo”
(10-AA-078) - Qiyməti 200.000 AZN
M.Hüseynov qeyd edib ki, 2014-cü
ildə icra başçısının oğlu Ənvər Vəliyev qiyməti 250.000 AZN, ona məxsus olan
10-YY-078 dövlət qeydiyyat nömrəsi ilə "PORSCHE 911Turbo S” markalı maşın sürürdü:

"2015-ci ildə oğlu maşınını dəyişir və qiyməti
150.000 AZN olan "PORSCHE 911” markall maşın sürür - ona məxsus olan yeni
10-AL-078 dövlət nömrəsi ilə. 2018-ci ildə oğlu Ənvər özünə 450.000 AZN (yarım
milyonluq) "Ferrari Berlinetta” alır. Yeni maşının yeni nömrəsi var -
10-FF-078. (0.7.8 onun ürəyində xüsusi yeri var). 2021-ci ildə biz icra başçısının oğlunu Bakıya təzə
gətirilmiş, qiyməti 500.000 AZN olan "FERRARi Berlinetta F12”də görürük. Bu dəfə
də yeni maşın yeni nömrə ilə 10-OO-078.
İcra başçısının oğlu Ənvər hələ biz araşdırıb
ortaya çıxartdığımız bu illər ərzində özünə 4 müxtəlif maşın alıb. Təkcə oğlu
maşınlara xərclədiyi pul 1.350.000 (bir milyon üç yüz əlli min) manat edir və
üstəgəl atasının 200.000 AZN-lik "PORSCHE” markalı şəxsi maşın. Ümumi 1.550.000
(bir milyon yarım) manat edir”.
Bloger icra başçısının ailəsinə məxsus olan
digər maşınlardan da yazıb:

"Onun ailəsinə məxsus olan 90-HH-900 dövlət
nömrəsi bir neçə maşının üstündə olub. 2014-cü ildə icra başçısının ailəsinə məxsus olan
nömrəli (90-HH-900) qiyməti 200.000 AZN olan "PORSCHE Panamera Turbo” markalı
maşının üstündə olub. 2016-cı ildə icra başçısının ailə üzvləri artıq özlərinə
yeni maşın almışdılar. Onlara məxsus olan nömrəli (90-HH-900) qiyməti 400.000
AZN olan "PORCHE Cayenne Mansory” markalı maşının üstündə olub. Nhayət 2017-ci
ildə icra başçısının ailə üzvlərini yeni maşında görürük. Onlara məxsus olan
nömrəli (90-HH-900) qiyməti 360.000 AZN olan "PORSCHE Cayenne Turbo” markalı
maşının üstündə olur.

Deməli, Vəliyevin ailə üzvləri 3 il ərzində 3 ədəd
yeni maşına 1.000.000 ( bir milyona yaxın) manat xərcləyiblər. Ata, oğul və ailə
üzvlərinə məxsus olan maşın qarajının qiyməti 2.550.000 (iki milyon yarım)
manat edir. Adicə kasıb bir rayonun, Sabunçu rayon icra başçısı Adil Vəliyev öz
maşın qarajına milyonlar xərcləyir, hər il ailə üzvləri özlərinə yeni maşın
alır. Dəhşətlisi odur ki, bu milyonlarla dəyəri olan maşınları icra başçısının
aldığı 1000 manat maaşla alıblar”.
Sfera.az


