Nabranda boğulan iki nəfərin meyiti tapıldı

Nabranda boğulan iki nəfərin meyiti tapıldı
Xaçmaz rayonunun Nabran kəndi ərazisində iki nəfər dənizdə çimərkən boğulub.

Sfera.az AzərTac-a istinadən xəbər verir ki, dənizdə boğulanlar Quba rayonunun Aşağı Atuc kənd sakinləri Talıbov Naib Nadir oğlu və Hüseynov Nemət Sarvan oğludur.

Hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR