Bu ölkədə dəhşətli qəza: 31 ölü, 11 yaralı

Dünya
23:07 / 04.07.2021
2047
Mozambikin Maputu əyalətində üç avtomobilin toqquşması nəticəsində 31 nəfər ölüb, 11 nəfər ağır yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə "Radio Mozambique" radiostansiyası məlumat yayıb. Məlumata görə, avtobus iki yük avtomobili ilə toqquşub.
Əyalət bələdiyyəsinin başçısı Kristin Mafumo bildirib ki, qəzada ümumilikdə 57 nəfər yaralanıb. Onlardan 15-i yüngül və orta dərəcəli bədən xəsarətləri alıb, 11 nəfər xəstəxanadan buraxılıb.
Qəzaya yolda pis görüntü və yüksək sürətin səbəb olduğu ehtimal edilir.