Yunanıstan Azərbaycan vətəndaşları üçün məhdudiyyətləri ləğv edib

Dünya
17:23 / 04.07.2021
1687
Yunanıstanın mülki aviasiyası beş ölkənin vətəndaşlarını öz ərazisinə giriş məhdudiyyətlərindən azad etdiyi siyahıya salıb.
Sfera.az "Report”a istinadən xəbər verir ki, bu barədə "Greek City Times” bildirib.
Agentliyin məlumatına görə, söhbət Azərbaycan, İordaniya, Moldova, Bruney və Ermənistan vətəndaşlarından gedir. Bundan əvvəl siyahıya Avropa Birliyi ölkələri və Şengen zonası daxil edilib.