​Dəhşətli təyyarə qəzası: 6 nəfər öldü

​Dəhşətli təyyarə qəzası: 6 nəfər öldü
Haitinin Port-o-Prens şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, bu barədə "Agency France Presse” məlumat yayıb.

Məlumata görə, hadisə zamanı təyyarədə 6 nəfər olub. Onların hamısı qəzada ölüb.

İlkin məlumata görə, həlak olanlardan 2-si qonşu Dominikan Respublikasının vətəndaşlarıdır.

Hakimiyyət orqanları qəzanın səbəbləri ilə bağlı təhqiqat aparır.


OXŞAR XƏBƏRLƏR