Ağdamda yük avtomobili yandı

Ağdamda yük avtomobili yandı
Ağdamda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a daxil olan məlumata görə, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

Belə ki, "AVİA" markalı yük avtomobilində (soyuducu avtomobili) 1 ədəd kondisioner yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR