Ukrayna Azərbaycandan olan tələbələrə əlavə imkanlar yaradacaq

Ukrayna Azərbaycandan olan tələbələrə əlavə imkanlar yaradacaq
Ukraynada təhsil alan Azərbaycandan olan tələbələr üçün əlavə imkanlar yaradılacaq.

Sfera.az xəbər verir ki, bu barədə açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, Ali Radanın Təhsil, Elm və İnnovasiya Komitəsinin üzvü Valeriy Kolyux məlumat verib.

Deputatın sözlərinə görə, Ali Radanın Təhsil, Elm və İnnovasiya Komitəsi xarici tələbələri Ukrayna universitetlərinə cəlb etmək və onların ali təhsil almasına daha əlverişli şərait yaratmaq üçün Ukrayna qanunvericiliyində dəyişikliklər üzərində işləyir.

"Ukraynanın Təhsil və Elm Nazirliyinin məlumatına görə, Azərbaycandan 4,5 mindən çox tələbə ölkəmizdə ali təhsil alır. Azərbaycandan olan abituriyentlərin Ukraynadakı ali təhsilin keyfiyyətini yüksək qiymətləndirməsi bizə çox xoşdur və biz də öz tərəfimizdən Ukraynada təhsil almaq istəyən gənclər üçün əlavə təşviq və şərait yaratmaq istəyirik”, - deyə Valeriy Kolyux əlavə edib.
 
(Azertag)

OXŞAR XƏBƏRLƏR

Türkiyə Super Liqası klubu baş məşqçisi ilə yolları ayırıb

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Selçuk İnanla yolları ayırıb.   Sfera.az "Report"a istinadən ...

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...