Pediatrdan pandemiyada çəkisi artan uşaqlarla bağlı XƏBƏRDARLIQ

Pediatrdan pandemiyada çəkisi artan uşaqlarla bağlı XƏBƏRDARLIQ
"Son ilyarımdakı məcburi qapanmalar uşaqlara ciddi ziyan vurdu. Onlar vərdiş eləmədikləri həyat tərzi ilə barışmalı oldular”.
 
Sfera.az bildirir ki, bunu tanınmış pediatr Vaqif Qarayev deyib. O bildirib ki, uşaqlar daim hərəkət etməli, müxtəliflik görməlidirlər:

"Amma belə olmadı. Eyni divarlar, eyni tavan, insanlar – bütün bunlar uşaqları yordu. Xüsusən, işləyən valideynlər uşaqların təhsili, istirahəti ilə ciddi məşğul ola bilmədilər. Eyni zamanda son vaxtlar uşaqlarda çəki artımı müşahidə olunur. Bunun səbəbi isə hərəkətsizlik, düzgün qidalanmamaqlarıdır”.

V.Qarayev qeyd edib ki, uşaqlar telefon və kompüterdə oturduqlarına görə, psixoloji durumları da qənaətbəxş deyil:
 
"Pandemiyanın fəsadlarını vaxt ötdükcə daha çox görəcəyik. İndi isə imkan olduqca uşaqların canlı təbiətlə təmasına çalışmaq lazımdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR