Meşə yanğınlarının sayı artıb

Meşə yanğınlarının sayı artıb
2020-ci ildə meşə yanğınlarının sayında kəskin artım qeydə alınıb. 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il 37 yanğın faktı olub və bu, son illərin ən yüksək göstəricisidir. 2019-cu ildə 20, 2018-ci ildə 9, 2017-ci ildə 8 meşə yanğını baş vermişdi. 

Meşə yanğınlarının sayı artsa da, yanğının əhatə etdiyi ərazi kiçilib. Ötən il ümumilikdə 48 hektar sahədə yanğın olub. 2019-cu ildə meşə yanğınları ilə bağlı 514 hektar, 2017-ci ildə 372 hektar ərazidə yanğın qeydə alınmışdı. 

2020-ci ildə meşə yanğınları zamanı 91,2 kub metr ağac tam yanıb.
 
Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR