Putin ruslarla ukraynalılara “tək millət” dedi, Zelenski sərt cavab verdi

Dünya
16:09 / 02.07.2021
1901
Rusiya prezidenti Vladimir Putin xalqdan gələn sualları cavablandırarkən qalmaqallı açıqlama verib.
Sfera.az xəbər verir ki, Vladimir Putin hər il televiziyada canlı yayımlanan, ötən il koronavirus səbəbilə təxirə salınan xalqdan gələn suallarını cavablandırma proqramında ukraynalıları və rusları eyni millətdən hesab etdiyini bildirib.
Ukrayna prezidenti Vladimir Zelenskidən isə onun bu ifadəsinə cavab gecikməyib.
Ruslarla ukraynalılar arasında tarix, qonşuluq, qohumluq, faşizm üzərində ümumi zəfər və paylaşılan faciələr cəhətdən ortaqlığın olduğunu qeyd edən V. Zelenski bu amillərin iki xalqı bir millətə çevirmədiyini diqqətə çatdırıb.
O, "Ukraynalılar və ruslar eyni millətdən olsaydılar, Ukrayna bayrağı Moskvada - Rusiya Dövlət Dumasında dalğalanar və qrivnadan (Ukrayna pulu) istifadə edilərdi”, - deyə, qeyd edib.
Əzizə Zeynal
Sfera.az