“Heç bir hazırlıq görülmür” - Peskov Putinlə Zelenski arasındakı görüşdən danışdı

“Heç bir hazırlıq görülmür” - Peskov Putinlə Zelenski arasındakı görüşdən danışdı
Vladimir Putinlə Vladimir Zelenski arasındakı görüşlə bağlı açıqlama verilib. Kremldə bu görüşlə bağlı heç bir hazırlıq işləri aparılmır. Bunun səbəblərindən biri də Ukrayna liderinin "fərqli xalqlar” haqda bəyanatıdır.
 
Xatırladaq ki, hələ aprel ayında Zelenski həvəslə danışırdı ki, sözügedən görüşlə bağlı hazırlıq işləri aparılır. Həmçinin qeyd edirdi ki, bu məsələ ilə Prezident Aparatının rəhbəri Andrey Yermak məşğul olur.
 
"Rusiya Prezidenti görüşmək istədiyini təsdiqlədi, amma mənə Moskvada görüşməyi təklif etdi” – Zelenski belə demişdi.

Lakin indi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Zelenskinin "fərqli xalqlar”la bağlı bəyanatı "görüşün hazırlıq prosesi ilə heç cür uyğun gəlmir”.
 
"Yeri gəlmişkən, bizim  nöqteyi-nəzərimizdən uğursuz olan bu cür ifadələri nəzərə almasaq, deyə bilərəm ki, görüşçün heç bir əsaslı hazırlıq işləri görülmür və bununla bağlı heç bir addım atılmır.”,- deyə Peskov əlavə edib.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR