“Paşinyan həmin çıxışı ilə yeni düzənin yaradılacağı mesajını verir” - Açıqlama

Siyasət
14:42 / 02.07.2021
1645
"Bilirsiniz ki, 10 noyabrda imzalanan bəyannamədən
sonra İrəvanda küçə yürüşləri, Paşinyanın kabinetinin basılması, parlament sədrinin
döyülməsi baş verdi. Həmin prosesin arxasında isə Paşinyana qarşı olan
revanşistlər dayanırdı. Paşinyan indi bu
hadisələrin araşdırılmasını istəyir. Sözügedən açıqlaması ilə Paşinyan
noyabrdan sonra özünə qarşı başlanan küçə hərəkatini tənzimləyənləri hüquq yolu
ilə neytrallaşdıracağı mesajını verir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın
müvəqqəti baş naziri Nikol Paşinyanın "44 günlük müharibənin şərtləri ciddi və ətraflı
araşdırılmalıdır” fikrinə münasibət bildirərkən, QAFSAM sədrinin müavini Nazim
Cəfərsoy deyib:
Həmsöhbətimizin fikrincə, bu gedişlə yaxın dönəmdə müharibə dövründə vəzifədə olan
ordu, təhlükəsizlik orqanları və dövlət bürokratiyasının bütün sferalarına yönəlik
hüquqi prosesin başlanacağını görə bilərik:
"Paşinyan həmçinin müharibə dövrünü, orada baş
verənləri, səbəb və nəticələri hüquqi və siyasi baxımdan araşdırmaq istəyir. Bu
isə o deməkdir ki, hüquqi mənada Paşinyan başda ordu olmaqla özünə müxalif olan
qruplaşmaları dövlət sistemindən daha sürətlə təmizləmək niyyətindədir. Belədə
həmin şəxslərə qarşı vətənə xəyanət, casusluq, səlahiyyətin öhdəsindən gələ
bilməmək, əmrə tabe olmamaq ittihamları irəli sürülə bilər”.
Ekspert qeyd edib ki, önümüzdəki dönəmdə Ermənistan
parlmentində müharibənin nəticələrini araşdıran siyasi tədqiqat kommisiyanın
yaradılması da mümkündür: "Əslində bütün
bunlar seçkidən sonra gözlənilən idi. Çünki Paşinyan seçki kampaniyasında məxməri
inqilabdan artıq "polad inqilabı” na keçməyin zəruri olduğunu söyləyirdi. Bir
sözlə, Paşinyanın bu mesajı götərir ki, o qarşıdakı dönəmdə həm dövlət kadrlarını
təmizləmək və rəqiblərini təzyiq altına almağı qarşısına məqsəd qoyub. Bu yolda
isə həm hüquqdan, həm də parlamentdəki üstün mövqeyindən yararlanmağı düşünür”.
Rüfət Sultan