Ötən ay Azərbaycanda 9 nəfər minaya düşüb, 4 nəfər ölüb

Hadisə
12:30 / 02.07.2021
1532
2021-ci ilin iyun ayında Azərbaycanda 3 mina partlayışı zamanı 8 mülki şəxsin və 1 hərbçinin mina qurbanı olduğunu qeydə alınıb.
Bu barədə Sfera.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyasından məlumat verilib.
Bildirilib ki, bu hadisələr nəticədə 4 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb.
İyun ayında minalarla bağlı hadisələr Tovuz, Kəlbəcər və Ağdam rayonlarının ərazisində baş verib.