“Dövlət ərköyün uşaq kimi davrana bilməz” – Razi Nurullayev

12:11 / 02.07.2021
1635
"İmişlinin bazarı yandı və rayon ciddi bir fəlakət
yaşadı. İndi zərər çəkənlər kompensasiya tələb edir. Hökumət düşünür ki, mən
niyə ödəniş etməliyəm? Bazarın yiyəsi bəlli, pul qazanan bəlli. Xüsusən də
"sığorta etdirin" xəbərdarlığını da etmişdilər”.
Sfera.az bildirir ki, bunu deputat Razi
Nurullayev deyib. O, məsələdən çıxış yolunu da qeyd edib:
"Dövlət ərköyün uşaq kimi davrana bilməz, nəyisə
boş verə və məsuliyyəti vətəndaşların üzərinə qoya bilməz. Əgər bir biznes sahəsinin
sığortası yoxdursa və fəlakət halında yük dövlətin üzərinə düşəcəksə, dövlət də
zəhmət çəkib önləyici addımlarını atsın. Sığortası olmayan bazar, ticarət mərkəzi
işləməməlidir. İşləməsinə icazə verilibsə, bu boşluq yaradılıbsa, məsuliyyət vətəndaşın
yox, dövlətindir”.
Günay