Serj Sarkisyan: “İttiham tamamilə uydurmadır, mən günahkar deyiləm”

Serj Sarkisyan: “İttiham tamamilə uydurmadır, mən günahkar deyiləm”
"Mən günahkar deyiləm”.
 
Sfera.az-ın news.am-a istinadla məlumatına görə, bunu məhkəmədə ittiham aktının yekun hissəsi oxunduqdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan söyləyib.

Hakim Serj Sarkisyandan ona qarşı irəli sürülən ittihamı qəbul edib-etmədiyini soruşub.

"Prokuroru dinlədim. İttiham tamamilə uydurmadır, prokurorluq tərəfindən siyasi sifarişin icrası çərçivəsində hazırlanıb”,- deyə  Serj Sarkisyan bildirib.
 
Hakim ondan günahını qəbul edib-etmədiyini soruşduqda, Serj Sarkisyan "mən günahsızam”,- deyə cavab verib.

Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR