Məşhur dələduz “Tosuncuk” polisə təslim oldu - FOTO

Məşhur dələduz “Tosuncuk” polisə təslim oldu - FOTO
Türkiyədə 100 mindən çox şəxsi aldadaraq milyonlarla dolları ələ keçirən və uzun müddətdir beynəlxalq axtarışda olan "Tosuncuk” ləqəbli dələduz Mehmet Aydın Braziliyanın San-Paulu şəhərində polisə könüllü təslim olub.

Sfera.az bildirir ki, o, ötən gün vəkilləri vasitəsilə "Sözçü” qəzetinə videomüraciət göndərərək təslim olmağa hazırlaşdığını deyib.

Özünün günahsız olduğunu söyləyən Aydın "Bu proyektə başlayanda hədəfim oyun platformasından istifadə edən şəxslərin həm oyun oynamaqları, həm də şirkətimizin reklam büdcəsi üçün ayırdığı vəsaitdən faydalanmaqlarını təmin etmək idi. Heç zaman kiməsə ziyan vurmaq və ya dələduzluq etmək kimi niyyətim olmayıb. Lakin nəticədə şirkətin çox böyüməsi, pis niyyətli insanların haqsız qazanclar əldə etməsi və ya buna cəhdləri səbəbindən sizin kimi mən də yanıldım”, - deyə qeyd edib. 

Aydının vəkili Şehmus Uluç onun yaxın günlərdə Türkiyəyə gətiriləcəyini açıqlayıb.

Xatırladaq ki, Mehmet Aydın 2018-ci ildə qurduğu "Çiftlik Bank” internet oyunu ilə 132 min 222 nəfərdən 1 milyard 139 milyon lirə ələ keçirərək xaricə qaçmışdı.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Raket buraxılışları ozon qatını zədələyir – Alimlərdən ciddi xəbərdarlıq

Sürətlə inkişaf edən kosmos sənayesi Yer kürəsinin ekoloji tarazlığına yeni bir təhlükə yaradıb. Alimlər xəbərdarlıq edir ki, artan raket buraxılışları və orbit...

Ərdoğan: AB dərhal addım atmalıdır!

Türkiyə AB-dən onun avrointeqrasiya qarşısındakı siyasi maneələri dərhal aradan qaldıracağını gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezi...

Brilliant Dadaşova həyat yoldaşı və oğlunun görüntülərini yayımladı – VİDEO

  Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Dram teatrının rəhbəri Ədalət Hacıyev və oğulları Cahadla bağlı paylaşım edib. Sfera.az x...

Nərmin Salmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

"Bakı Metropoliteni" QSC-də yeni mətbuat katibi təyin edilib.   Sfera.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata gör...

Hindistanda yağışlar 125 nəfərin həyatına son qoydu

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və yol qəzalarında 125 nəfər həyatını itirib.   ...

İran ABŞ ilə danışıqlar aparmayacaq - XİN

İran hazırkı vəziyyətdə nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı ABŞ ilə danışıqların növbəti raundunu keçirməyi planlaşdırmır.   ...