Şeydayev yenidən “Qarabağ”da

İdman
13:42 / 01.07.2021
1801
"Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə anlaşıb.
Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi tezliklə 25 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalayacaq.
"Köhlən atlar" rəsmi feysbuk səhifəsində yeni transferlərini açıqlayacaqlarını bəyan edib. Paylaşımda "Sabaha saxlamırıq, bu gün açıqlayacağıq" yazılıb.
"Sabah" klubu bu gün Şeydayevlə vidalaşıb.
Qeyd edək ki, Ramil Şeydayev 2017/2018 mövsümündə də "Qarabağ"ın formasını geyinib.