“Bakıya mesaj ötürürlər ki, Londonla Berlinin mövqeyi...” – Şərh

Siyasət
13:17 / 01.07.2021
1713
"Parisdən fərqli olaraq, London və Berlin verdikləri
bəyanatla Azərbaycanın yanında olduqlarını göstərmək istəyirlər”.
Bu sözləri Sfera.az-a açıqlamasında Almaniya və
Böyük Britaniya Xarici İşlər Nazirliklərinin Cənubi Qafqazla bağlı yaydıqları birgə
bəyanata münasibət bildirərkən, politoloq Əlimusa İbrahimov deyib:
"Bu bəyanatın Avropanın böyük dövlətlərindən yalnız
ikisi tərəfindən verilməsi və qitənin digər nəhəngi Fransanın sənəddən kənarda qalması
Parisin Azərbaycana münasibətdə hansı mövqe tutmasından qaynaqlanır. Bəyanatı yalnız Böyük Britaniya ilə Almaniya
imzalamaqla özlərinin Azərbaycana münasibətdə Fransa ilə müqayisədə fərqli
mövqe nümayiş etdirdiklərini ortaya qoymaq istəyiblər. Yəni, bununla Bakıya
mesaj ötürürlər ki, Londonla Berlinin mövqeyi Parisin ermənipərəst mövqeyinin əksinədir,
onunla üst-üstə düşmür. Məhz buna görə də bəyanat müəllifləri arasına Fransanı
və digər ölkələri salmayıblar”.
Ə. İbrahimov düşünür ki, bəyanatı imzalayan həmin
iki ölkə bununla Azərbaycana daha da yaxınlaşmaq niyyəti güdür.
Ekspert onu da qeyd edib ki, Berlin və Londonun belə
bir bəyanat imzalaması digər Avropa ölkələrinin də Azərbaycanla bağlı müsbət
yanaşma sərgiləmələrinə təsir göstərəcək:
Rüfət SULTAN