NATO sözçüsündən sərt açıqlama: “Rusiya bizə göstəriş verə bilməz”

12:52 / 01.07.2021
1850
"NATO Qara dənizdən getməyəcək. Rusiyanın mövqeyinə
baxmayaraq, oradakı nümayəndəliyini qoruyub saxlayacaq”.
Sfera.az-ın məlumatına görə, bu bəyanatla Gürcüstanın Birinci Kanalının efirində
alyansın Cənubi Qafqaz və Orta Asiya üzrə baş katibinin xüsusi nümayəndəsi
Ceyms Appaturay çıxış edib.
Onun sözlərinə görə, NATO Londonun verdiyi
"etibarlı məlumatlar” sayəsində Britaniya Krallığı Donanması esminesində
yaşanan son insidentin bütün təfərrüatlarından
xəbərdardır.
"NATO-nun Krımla bağlı qəti mövqeyi var. Krım
Rusiya deyil, Ukraynadır. "Defender”lə bağlı yaşanan insident zamanı alyans
üzvlərinin sərbəst naviqasiya prinsiplərinə sadiqliyi bir daha sərgiləndi. Rusiya
nəhayət başa düşməlidir ki, NATO üzrə müttəfiqlər bu məsələdə geri çəkilməyəcəklər.
Müttəfiqlərimizi dəstəkləmək üçün Qara dəniz akvatoriyasındakı nümayəndəliyimizi
saxlayacağıq", - deyə Appaturay bildirib.
Xatırladaq ki, ötən həftə Böyük Britaniyanın "Defender”
eskadra minadaşıyan gəmisi Qara dənizdə, Fiolent burnu rayonunda Rusiya
Federasiyasının dövlət sərhədini pozub.
Bundan bir neçə dəqiqə sonra Su-24M təyyarəsi "Defender”in hərəkət istiqamətinə
xəbərdarlıq bombası atıb və yalnız bundan sonra Britaniya gəmisi hərəkət
istiqamətini dəyişib.
"Təxribatçıları batırsaydıq belə, başlamazdı, bizi səfeh yerinə qoymayın”,- deyə Rusiya lideri söyləyib.
Selcan
Sfera.az