Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı iki ay ərzində baş tutacaq – FOTO

Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı iki ay ərzində baş tutacaq – FOTO
Tanınmış aktyor, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışının iki ay ərzində baş tutacağını bildirib.

Sfera.az xəbər verir ki, bu barədə o, özünün "Facebook” səhifəsində yazıb.

"Çoxdan bəri Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını gözləyən hər kəs üçün çox yaxşı, pozitiv xəbər! Bu gün Heydər Əliyev Fondunun nümayəndələri ilə əlaqə saxladım və mənə bildirdilər ki, iki ay ərzində böyük həmyerlimizin abidəsi planlaşdırıldığı yerdə - İçəri Şəhar metro stansiyasının yaxınlığında ucaldılacaq. Görkəmli azərbaycanlı, xeyriyyəçi və vətənpərvər Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətinə sayğı göstərən və hörmət edənləri bu gözəl xəbər münasibətilə təbrik edirəm!”, - deyə B.Bağırzadə qeyd edib.

Həmçinin o, abidənin açılışının böyük tarixi və mədəni hadisə olduğunu vurğulayıb.
 

OXŞAR XƏBƏRLƏR

Raket buraxılışları ozon qatını zədələyir – Alimlərdən ciddi xəbərdarlıq

Sürətlə inkişaf edən kosmos sənayesi Yer kürəsinin ekoloji tarazlığına yeni bir təhlükə yaradıb. Alimlər xəbərdarlıq edir ki, artan raket buraxılışları və orbit...

Ərdoğan: AB dərhal addım atmalıdır!

Türkiyə AB-dən onun avrointeqrasiya qarşısındakı siyasi maneələri dərhal aradan qaldıracağını gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezi...

Brilliant Dadaşova həyat yoldaşı və oğlunun görüntülərini yayımladı – VİDEO

  Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Dram teatrının rəhbəri Ədalət Hacıyev və oğulları Cahadla bağlı paylaşım edib. Sfera.az x...

Nərmin Salmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

"Bakı Metropoliteni" QSC-də yeni mətbuat katibi təyin edilib.   Sfera.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata gör...

Hindistanda yağışlar 125 nəfərin həyatına son qoydu

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və yol qəzalarında 125 nəfər həyatını itirib.   ...

İran ABŞ ilə danışıqlar aparmayacaq - XİN

İran hazırkı vəziyyətdə nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı ABŞ ilə danışıqların növbəti raundunu keçirməyi planlaşdırmır.   ...