TİHEK nümayəndələri Tərtərdə - FOTO

TİHEK nümayəndələri Tərtərdə - FOTO
Ombudsman Səbinə Əliyeva və Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalmış rayon olan Tərtərdə faktaraşdırıcı missiya həyata keçiriblər.

Ombudsman Aparatından Sfera.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri 44 günlük müharibə zamanı yaşayış məntəqələrinin beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq atəşə tutulması faktları ilə yerində tanış olub və ətraflı məlumatlandırılıb.

Əvvəlcə Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən "Smerç” tipli raket atəşinə məruz qalmış pambıq zavoduna baxış keçirilib. Nümayəndə heyəti Tərtər şəhər qəbiristanlığında da olaraq, dəfn mərasimi zamanı ərazinin atəşə tutulması nəticəsində dörd mülki şəxsin həlak olması faktı barədə məlumatlandırılıb. Daha sonra ağır artilleriya və raket hücumları nəticəsində insan tələfatının baş verdiyi, habelə ciddi ziyan vurulmuş mülki obyektlərdə monitorinq keçirilib.

Həyata keçirilmiş yerində araşdırmalar zamanı TİHEK tərəfindən səfərin yekunu olaraq beynəlxalq təşkilatlara ünvanlanacaq hesabatın hazırlanması üçün zəruri məlumatlar və dəlillər toplanılıb.

Qeyd edək ki, Türkiyədən olan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.


OXŞAR XƏBƏRLƏR

Raket buraxılışları ozon qatını zədələyir – Alimlərdən ciddi xəbərdarlıq

Sürətlə inkişaf edən kosmos sənayesi Yer kürəsinin ekoloji tarazlığına yeni bir təhlükə yaradıb. Alimlər xəbərdarlıq edir ki, artan raket buraxılışları və orbit...

Ərdoğan: AB dərhal addım atmalıdır!

Türkiyə AB-dən onun avrointeqrasiya qarşısındakı siyasi maneələri dərhal aradan qaldıracağını gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezi...

Brilliant Dadaşova həyat yoldaşı və oğlunun görüntülərini yayımladı – VİDEO

  Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Dram teatrının rəhbəri Ədalət Hacıyev və oğulları Cahadla bağlı paylaşım edib. Sfera.az x...

Nərmin Salmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

"Bakı Metropoliteni" QSC-də yeni mətbuat katibi təyin edilib.   Sfera.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata gör...

Hindistanda yağışlar 125 nəfərin həyatına son qoydu

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və yol qəzalarında 125 nəfər həyatını itirib.   ...

İran ABŞ ilə danışıqlar aparmayacaq - XİN

İran hazırkı vəziyyətdə nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı ABŞ ilə danışıqların növbəti raundunu keçirməyi planlaşdırmır.   ...