Goranboyda 30 yaşlı qadın bıçaqlandı

Kriminal
22:33 / 30.06.2021
2431
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Ağcakənd ərazisində qeydə alınıb. Bərdə rayon sakini, 1991-cü il təvəllüdlü Elnarə Firudin qızı Qarayeva çoxsaylı bıçaq xəsarətləri alıb. O, ağır halda Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb və dərhal əməliyyat edilib.
Yaralının vəziyyəti ağırdır.
İlkin məlumata görə, qadın tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
(Report)