Zərərlə işləyən Bakı metrosunun rəisi necə varlandı? – Oğlunun və yoldaşının bahalı avtomobilləri + FOTOLAR

11:15 / 02.07.2021
2849
Rəsmi məlumatlara əsasən, "Bakı Metropoliteni” QSC 2020-ci
ili 83,543 milyon manat zərərlə başa vurub. Səhmdar cəmiyyətin yığılmış zərəri
565,24 milyon manata çatıb.
Həmçinin şirkətin 2019-cu ildə xərci 179 milyon
manatdan, 2020-ci ildə 176 milyon manatdan çox olub. Ötən il xərclərin az
olması metroda uzun müddət sərnişindaşıma xidmətinin həyata keçirilməməsi ilə
bağlıdır. Əgər metro ilboyu sərnişinlərə xidmət göstərsəydi, o halda, xərclər
180 milyon manatı ötəcəkdi.
Rəsmi məlumatlara görə, şirkət 2019-cu ildə 74,6
milyon manat, 2020-ci ildə 25,16 milyon manat gəlir əldə edib. 2019-cu ildə gəlirin
68,9 milyon manatı sərnişindaşımadan, 5,7 milyon manatı əməliyyat gəlirlərindən
ibarət olub. Gəlir və xərclər arasında olan fərq çox böyükdür. Bütün bunlara rəğmən
isə, metronun rəisi yüzminlərlə dəyəri olan maşınlarda gəzir.

Sfera.az bildirir ki, bloqer Mehman Hüseynov bu
istiqamətdə araşdırma aparıb. Belə ki, onun araşdırmalarına görə, Bakı Metropoliteninin rəisi Zaur Hüseynov vəzifəsinə
təyin ediləndən (2014-cü il) 1 il sonra, yəni 2015-ci ildə onun həyat yoldaşı özünə
qiyməti 150.000 AZN "Porsche Cayenne” alıb (90-LL-090). Onun oğlu Həbib
Hüseynov isə həmin vaxtlar "Chevrolet Camaro” markalı maşından istifadə edirdi
(90-HH-090).
Məlumata görə, 2018-ci ildə metroda gediş haqqı
artırılanda Zaur Hüseynovun oğlu Həbib Hüseynov artıq maşınını dəyişdirib, özünə
yeni "Mesrsedes Benz G63 AMG” almışdı. Bakı küçələrində yenə özünə məxsus nömrə
nişanı ilə gəzir (90-HH-090).

2020-ci ildə Zaur Hüseynovun şəxsi maşınının qiyməti
255.000 AZN olan "Range Rover Velar Byron” markalı 90-ZZ-090 dövlət nömrəli
maşındır. Həyat yoldaşı 2020-ci ildə qiyməti 240.000 AZN olan "Range Rover”
maşını sürüb, 2021-ci ildə isə özünə 300.000 AZN-lik "Porsche Cayene turbo S”
alıb, yenə də özünə məxsus 90-LL-090 nömrə ilə.

İnci
Sfera.az
