Azərbaycanda hərbi hissə komandiri HƏBS EDİLDİ

Azərbaycanda hərbi hissə komandiri HƏBS EDİLDİ
"Hərbi Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsinin müstəntiqi İlham Babayev polkovnik-leytenant rütbəli bir hərbi hissə komandirini şübhəli şəxs qismində tutub”.

Sfera.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov özünün şəxsi feysbuk səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, cinayət işinə buraxılmağına və şübhəli şəxslə görüşməyi üçün dünən vəkil orderini və müvafiq sənədləri müstəntiqə təqdim edib.

"Müstəntiq İlham Babayev hüquqlarını müdafiə etdiyim şəxslə görüşməyimi təmin etmək əvəzinə gizlincə sonuncu ilə görüşərək özünün istifadə etdiyi mobil telefon vasitəsilə şübhəli şəxsi qohum ilə danışdırıb məndən imtina etməsinə cəhd göstərib. Müstəntiq öz mobil telefonu ilə şübhəli şəxs qismində tutulmuş şəxsi qohumu ilə danışmasını təşkil etməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR Hərbi Prokuroru Xanlar Vəliyev və onun müavini Şəfayət İmranovun iş metodlarından biri isə hərbçiləri müdafiə hüququndan məhrum etməkdir”,-deyə A.Məmmədov qeyd edib.

Qeyd edək ki, saxlanılan hərbi hissə komandirinin kimliyinə gəlincə, vəkil ad açıqlamayıb.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...