“Köçəryan gec-tez bu məğlubiyyətlə barışacaq”

Dünya
15:02 / 30.06.2021
1911
"Köçəryan istədiyi halda seçkilərin nəticələrini
tanımaya bilər. Onsuz da Nikol Paşinyan hakimiyyəti formalaşdırmaq üçün lazım
olan barajı keçib”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Turan
Rzayev Ermənistanın keçmiş prezidenti
Robert Köçəryanın "Hakimiyyət mövcud kursuna davam edərsə, il yarımdan sonra
yenidən erkən parlament seçkiləri keçiriləcək" fikrini şərh edərkən deyib.
Müsahibimiz qeyd edib ki, Ermənistanda xalq faktiki
olaraq seçimini edib və onlar Köçəryanın müharibə və revanşist ritorikasına
deyil, məhz Paşinyanın sülh tərəfdarı vədlərinə inanıb:
"72-yə yaxın deputatın təyin edilməsində Paşinyanın
səlahiyyəti var. Bu, həmçinin Paşinyanın parlamentdəki həm qərar vermək
mexanizmini reallaşdırır, həm də parlamentdəki gücünü formalaşdırır. Köçəryanın
yenidən seçkilərə getməklə bağlı fikirləri heç bir şeyi dəyişmir. Dünya təcrübəsində
də var ki, məğlub tərəf heç vaxt qarşı tərəfin qalibiyyətini tanımır və mütləq
problem axtarmağa çalışır. Köçəryanın məğlubiyyəti faktiki olaraq, Ermənistan cəmiyyəti
üçün müharibənin bitdiyini göstərir. Bu gün Ermənistan revanşist qüvvələri daha
güclü olsaydı, xalq yenidən müharibə istəsəydi, əmin olun ki, Roberti seçərdi”.
T.Rzayevin sözlərinə görə, Köçəryan indiki halda hələ
də Kremlin ona dəstək verəcəyini düşünür:
Günay Rəsulqızı