Qvatemala “Sputnik V” vaksininə görə Rusiyaya ödədiyi pulu geri istəyir - QALMAQAL

Qvatemala “Sputnik V” vaksininə görə Rusiyaya ödədiyi pulu geri istəyir - QALMAQAL
Rusiya Birbaşa İnvestisiya Fondu Qvatemalanın "Sputnik V” ilə bağlı iddialarını cavablandırıb.

Sfera.az-ın məlumatına görə, Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) nümayəndəsi bildirib ki, Moskva vəd edilmiş "Sputnik V” partiyasını Qvatemalaya göndərəcək.

"Vaksinlə dolu təyyarə bu həftə ünvan başına çatmalıdır. Vaksin yüklü başqa bir təyyarə isə müqavilə öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində gələn həftənin əvvəlində Qvatemalada eniş edəcək", - deyə o,  sözügedən Latın Amerikası ölkəsi hakimiyyətinin vaksinin çatdırılmasına dair bəyanatını cavablandırıb.
 
Qeyd edək ki, ötən gün Qvatemalanın  Səhiyyə Naziri Amelia Flores millət vəkilləri ilə görüşdə bildirib ki, müqavilələrin şərtlərini pozduğuna görə Rusiyanın  "Sputnik V” vaksininə görə ödənilən vəsaiti geri qaytarmasına nail olmağa çalışır. Jurnalist Andrea Dominqes  həmin söhbətin qeydini Twitter-də yayımlayıb.

İndiyə qədər Rusiya  peyvəndinin əvvəlcədən ödənilmiş dozalarının ümumi sayının yalnız kiçik bir hissəsi respublikaya gətirilib. Konqresmenlərlə görüşdə iştirak edən xarici işlər naziri Pedro Brolo Vila tərəflərin "Sputnik V” ilə bağlı müqaviləyə yenidən baxılmasına dair danışıqlar aparıldığını qeyd edib. Məqsəd sözügedən müqaviləyə bir komponentli "Sputnik Layt” ı da daxil etməkdir.
 
Xatırladaq ki, Qvatemala fevral ayının sonunda Rusiya istehsalı olan  preparatın ölkədə istifadəsini təsdiqləyib və  may ayının əvvəlindən artıq "Sputnik V”-nin  ilk partiyası ölkəyə gətirilib.  Öklə əhalisi həmçinin  pulsuz və ya beynəlxalq COVAX mexanizmi çərçivəsində təqdim olunan Moderna və AstraZeneca preparatları ilə də vaksinasiya olunur.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR