“Ali təhsil müddəti iki və ya üç il olsun...” – Ekspert qanuna dəyişikliklər təklif etdi

“Ali təhsil müddəti iki və ya üç il olsun...” – Ekspert qanuna dəyişikliklər təklif etdi
"Mühəndislik, turizm ixtisasları üçün 4 il bakalavr təhsili almağa ehtiyac yoxdur, onlara iki-üç ilə yiyələnmək olar. Magistratura pilləsinin bir il olması kifayətdir”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında "Ali təhsil haqqında” qanuna hansı dəyişikliklərin edilməsi vacibliyinə toxunarkən, təhsil eksperti Kamran Əsədov deyib:
 
"Ali təhsil haqqında” qanunda bakalavr pilləsinin müddəti, universitetlərə qəbul prosesində hazırlıq qruplarının təşkili, distant təhsilin təşkili qaydaları, qiymətləndirmə kimi məsələləri həll etməliyik. Ehtiyac olmayan ixtisaslar üzrə dərslər aparılmamalıdır. Tədris zəruri ixtisaslar üzrə keçirilərsə, təhsil müddəti azalacaq, təhsil haqqı aşağı düşəcək. Elə bir qanun qəbul edilməlidir ki, onun ali təhsilin keyfiyyətinin artırılmasında ciddi rolu olsun”.
 
Həmsöhbətimiz düşünür ki, ali təhsil müəssisələrinə muxtariyyət verilməlidir.

O, eyni zamanda bildirib ki, ali məktəbə qəbul zamanı təqdim edilən test tapşırıqları istiqamətlər üzrə olmalı və orta məktəblərin məzmununa uyğun gəlməlidir:
 
"Yəni, mövzular orta məktəblərin məzmununa uyğun olsa da, test tapşırıqlarının modeli orta məktəbin tədris məzmunundan kənardır. Magistratura pilləsində informatika və məntiq soruşulur, amma onun hər hansı formada tədrisi həyata keçirilmir. Ali məktəbə qəbulda test tapşırıqlarından biri dinləmə mətnləridir. Amma orta məktəbdə tədris zamanı bu avadanlıqdan istifadə edilmir. 
 
Hamının eyni səviyyədə yoxlanılması düzgün yanaşma tərzi deyil. Məsələn, informatika müəllimini də, kompüter və riyaziyyat ixtisasına imtahan verəni də eyni suallarla yoxlayırıq. Üçüncü ixtisas qrupunda hüquqşünas olmaq istəyənə də, ibtidai sinif müəlliminə də eyni sualları veririk. Dördüncü ixtisas qrupunda isə tibb təhsili alana da, baytarlıq ixtisasına yiyələnmək istəyənə də eyni sualları təqdim edirik”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...