Kim Çen İn yüksək vəzifəli şəxsləri işdən azad etdi - Bu səbəbə görə...

Kim Çen İn yüksək vəzifəli şəxsləri işdən azad etdi - Bu səbəbə görə...
Şimali Koreya lideri Kim Çen İn bəzi yüksək rütbəli məmurları ölkədə yayılan COVID-19 epidemiyasını düzgün idarə etməmələri səbəbilə işdən azad edib.
 
Sfera.az xəbər verir ki, o, Kommunist Partiyası İdarə Heyətinin toplantısında bəzi məmurların xalqın təhlükəsizliyi üçün böyük narahatlığa səbəb olan ciddi səhvlərə yol verdiklərini bildirib.

Yüksək vəzifəli məmurların səriştəsizliyi və məsuliyyətsizliyinin vacib vəzifələrin yerinə yetirilməsini əngəlləyən mühüm amil olduğunu söyləyən Şimali Koreya lideri, işdən çıxarılan həmin şəxsləri passiv və eqoist adlandırıb.

İşdən çıxarılan yüksək vəzifəli şəxslərin adları və vəzifələri isə açıqlanmayıb.

BMT-nin məlumatlarına əsasən dünyaya qapalı olan Şimali Koreyada epidemiya ilə əlaqədar ciddi qida və dərman çatışmazlığı hökm sürür.
Bu yaxınlarda Pxenyan kənd təsərrüfatı sektorundakı böhran səbəbilə ölkədə qida çatışmazlığının olduğunu etiraf edib.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR