Bir mahnıdan qazandığım pulla İstanbulda ev aldım

Bir mahnıdan qazandığım pulla İstanbulda ev aldım
Xalq artisti Brilyant Dadaşova "Maç-maç" mahnısının Türkiyədə yayımlanmasından yüksək qonorar aldığını etiraf edib.

Sfera.az xəbər verir ki, müğənni bu haqda "Fəlidən doğru xəbər" verilişində deyib. O, "Nə qədər qazanmışınız?" sualına belə cavab verib:

"Onlar məndən icazəsiz mahnıdan istifadə ediblər. Zəng etdilər ki, 11 aydır reklamda mahnınız yayımlanır, 1 ay da keçsə, heç nə sübut edə bilməyəcəksiniz. Getdim, sübut etdim və 5 illik müqavilə imzaladım. Sonra Azəri qızı Günel mahnını oxumaq istədi. İbrahim Tatlısəs dedi ki, aranjiman da edilib. Onlara deyə bilmədim ki, 5 il mahnını heç kim oxuya bilməz. Onlardan yaxşı pul almışdım. Həmin pulla İstanbuldan ev də aldım".

OXŞAR XƏBƏRLƏR