Nazir müavini maska taxmadığı üçün cərimələndi - “Həyat belədir də...”

Nazir müavini maska taxmadığı üçün cərimələndi - “Həyat belədir də...”
Avstraliyanın Baş nazirinin müavini Barnabi Coys koronavirus tədbirlərini pozduğu üçün cəzalandırılıb.
 
Sfera.az xəbər verir ki, nazir müavini vətəndaşlardan biri tərəfindən Sidney şəhərindən 500 kilometr şimalda, yanacaqdoldurma məntəqəsinin qarşısında maskasız vəziyyətdə dayanarkən görüntülənib. Vətəndaş bu barədə dərhal polisə məlumat verib.

Hadisə yerinə baş çəkən polis 54 yaşlı nazir müavinini yanacaqdoldurma məntəqəsindəki mağazada maskasız halda yaxalayıb.

Polisin yayımladığı açıqlamada nazir müavinin adı qeyd olunmayıb və ona insanların sağlamlığını təhlükəyə atması səbəbilə 200 Avstraliya dolları (193 AZN) cərimə kəsildiyi bildirilib.

"Sky News”a verdiyi müsahibədə hadisəni təsdiqləyən Barnabi Coys hava limanına gedərkən avtomobilini benzin vurmaq üçün yanacaqdoldurma məntəqəsində saxladığını, ödəniş üçün kassaya maskasız halda yaxınlaşmasının ona 200 dollara başa gəldiyini açıqlayıb.

O açıqlamasında, "Baxın, həyat belədir də”, - deyə qeyd edib.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR