Heyvan sürüləri yollarda təhlükə yaratmaqda davam edir – Kimdir günahkar?

15:42 / 29.06.2021
1898
Bəzi yollarda heyvan sürülərinin təyin olunmamış
yerdən keçirilməsi narahatlığa, hətta yol-nəqliyyat qəzalarına səbəb olur.
Maraqlıdır, bu zaman kim məsuliyyət daşıyır? Sürü
sahibi, yoxsa sürücü?
Nəqliyyat eksperti Elməddin Muradlı Sfera.az-a
danışarkən bildirib ki, mal-qara sürülərinin təyin olunmayan yerdən keçirilməsi
həqiqətən də ciddi problemə çevrilir:
"Xüsusən də yay mövsümündə, eləcə də yaz və payız
mövsümündə bu daha qabarıq hiss olunur. Yaylaqlara, qışlaqlara köçürülən
mal-qaranın belə formada daşınması yol hərəkəti iştirakçıları üçün böyük təhlükədir.
Bir çox rayonlarda artıq mal-qara, xüsusən də qoyun sürüsünün avtomobillər tərəfindən
vurulması, xeyli heyvanın tələf olması barədə məlumatlar olur. Aydındır ki,
fermerlərə ziyan dəyir. Amma digər tərəfdən bunun avtomobil sürücülərinə də
ziyanı olur. Sürücünün burada nə qədər təqsirli olub-olmaması artıq başqa
problemdir. Adətən heyvanı da, piyadanı da vuranda sürücü günahkar çıxır.
Yol hərəkəti təhlükəsizliyi baxımından bu dövrləri
geridə qoymalıyıq. Sürünün maşınla daşınması daha təhlükəsizdir. Ətrafımda təsərrüfatla
məşğul olan kifayət qədər insan ildə bir-iki dəfə əziyyət çəkib, iri tutumlu
maşın tutaraq mal-qarasını yaylağa, qışlağa daşıtdırır. Getdiyin yerdə
mal-qaranın itməsi, oğurlanması, maşınla vurulması problemdir. Elə bu xərcləri
qarşılayıb hesablayanda baxırsan ki, maşınla daşımaq daha əlverişlidir. Bu
istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi sahibkarlar, fermerlər arasında ciddi təbliğat
aparmalıdır”.
Müsahibimiz qeyd edib ki, əvvəllər yollarda maşın
heyvanı vuranda onun sahibi sürücüdən mal-qaranın pulunu alırdı:
Günay Rəsulqızı