“Erməniləri it sürüsü kimi arxalarına salıb, bu monastrdan o birinə aparırlar” – Deputatdan sülhməramlılara ETİRAZ

“Erməniləri it sürüsü kimi arxalarına salıb, bu monastrdan o birinə aparırlar” – Deputatdan sülhməramlılara ETİRAZ
"30 il ermənilər bizim torpaqlarda dağıdıcı işlərlə məşğul olub, yurdumuzu viran qoyublar. İllərdir ki, ermənilər torpağı qazıb nəsə basdırır, sonra da deyirlər ki, guya arxeoloji tapıntı aşkar ediblər. Sizin özünüzə aid vətəniniz olubsa, o da Dəclə Fərat çaylarının arasındadır, gedin orada eşələnin. İndi yaşadığınız torpaq da Azərbaycana aiddir".

Bunu Sfera.az-a açıqlamasındaerməni arxeoloqların Qarabağda qazıntı işləri aparmaq istəyinə münasibət bildirərkən deputat Elman Məmmədov deyib. 

Deputat eyni zamanda Qarabağdakı kilsələrə ermənilərin ziyarət etməsini təxribat kimi qiymətləndirib:

"Erməni kahinləri tarix boyu müsəlmanlara qarşı qırğın ediblər. Mən ömrümün 42 ilini Xocalıda yaşamışam, bu illər ərzində görmədim ki, erməni keşişləri gəlib, hansısa məbədi ziyarət etsinlər. İndi nə oldu ki, ziyarət sevdasına düşdülər? Arxeoloji qazıntı, monastra ziyarət adı altında təxribat törətmək istəyirlər. İstər keşiş olsun, istər alim - heç bir ermənidən müsbət nəsə gözləmək olmaz.

Rus sülhməramlıları erməniləri it sürüsü kimi arxalarına salıb, bu monastrdan o birinə aparırlar. Sülhməramlıları da başa salmaq lazımdır ki, erməniləri arxalarınca ziyarətlərə aparmaq onların işi deyil". 
 
Əzizə Zeynal
Sfera.az 
 
 
 

OXŞAR XƏBƏRLƏR