\"Netflix” platforması ilə əməkdaşlıq hansı üstünlükləri verəcək? – “Bu, kinomuz üçün xoş xəbərdir...”

13:44 / 29.06.2021
1784
"Netflix” və bu kimi platformalarla əməkdaşlıq
Azərbaycan kinosu üçün çox perspektivlidir və belə bir istiqamətin tutulması
yaxşıdır. Təkcə "Netflix” yox, Rusiya, Çin ərazisində fəaliyyət göstərən
lokal onlayn kinoteatrlarla da əməkdaşlıq etmək lazımdır”.
Bunu Sfera.az a-a açıqlamasında Azərbaycan
Kinematoqraflar İttifaqının katibi Əli İsa Cabbarov deyib.
O bildirib ki, Azərbaycan kinosunun dünyaya
çıxarmağa, kinolar çəkməyə həm kadr, həm də istedad potensialı var:
"Sadəcə olaraq, komandaları formalaşdırmaq və
ssenari seçimlərini düzgün aparmaq lazımdır. Nazirin verdiyi xəbər kinomuz üçün
xoş xəbərdir. Hələlik bütün detallar açıqlanmır, yəni xarici filmdir, Azərbaycan
ərazisində çəkiləcək, və ya biz sırf texniki işləri görəcəyik, yoxsa Azərbaycanın
yaradıcı layihəsi olacaq və.s haqqında məlumatımız yoxdur. Əməkdaşlıqla bağlı
razılığın avqustda imzalanacağını deyiblər. Ümumiyyətlə isə, bu, yaxşı müjdədir
və bu istiqamətdə işləməliyik. Nə qədər real çalışmalar olacaq, cəhdlər
alınacaq-alınmayacaq bunu zaman göstərəcək”.
Müsahibimiz "Netflix”də yayımlanacaq filmin
müharibə janrında olması ehtimalından da söz açıb:
Xatırladaq ki, ötən gün mədəniyyət naziri Anar Kərimov Azərbaycan Film Komissiyasının yaradılması münasibətilə keçirilən tədbirdə "Netflix” platforması ilə əməkdaşlığa başladığımızı deyib.
Günay Rəsulqızı