I Divizionda 12 komandanın iştirakı təsdiqləndi

I Divizionda 12 komandanın iştirakı təsdiqləndi
Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022 mövsümü üçün 12 komandanın iştirakı təsdiqlənib.

Bu barədə Peşəkar Futbol Liqasının Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

O, bildirib ki, "Zaqatala", "Turan Tovuz", "Kəpəz", MOİK, "Qaradağ Lökbatan", "Nefçi-2", "Qarabağ-2", "Keşlə2", "Sumqayıt-2", "Sabah-2", "Zirə-2" və "Səbail-2"nin yarışa qatılacağı bəllidir: "Bu o deməkdir ki, I Divizion ən azı 12 komandanın iştirakı ilə keçiriləcək. "Qəbələ" klubu bizdən əvəzedici komandalarının iştirak edib-etməyəcəyi ilə bağlı məktuba cavab üçün vaxt istəyib. Onların cavabından sonra I Divizionun nə vaxt başlayacağı, neçə dövrədən ibarət olacağı və digər detallar məlum olacaq".

"Qəbələ"nin baş meneceri Zaur Əzizov "Report"a açıqlamasında bu yöndə qeyri-müəyyənliyin olduğunu söyləyib: "Hazırda görünən odur ki, klub olaraq buna hazırlaşmırıq. Əvəzedici komandanın növbəti mövsüm olması yönündə hansısa hazırlıq görmürük. Bununla bağlı bir az qeyri-müəyyənlik var".

Qeyd edək ki, 2020/2021 mövsümündə I Divizionda 10 komanda iştirak edib. "Neftçi-2" 27 turdan sonra 64 xalla qızıl medallara sahib çıxıb. // "Report"


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...